...

İcbari tibbi sığortanı tətbiq edək, etməyək? - Əli Əhmədovun cavabı

Cəmiyyət Materials 23 Oktyabr 2014 12:24 (UTC +04:00)
Azərbaycanda icbari tibbi sığortanın tətbiqində tələskənliyə yol vermək olmaz.
İcbari tibbi sığortanı tətbiq edək, etməyək? - Əli Əhmədovun cavabı

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda icbari tibbi sığortanın tətbiqində tələskənliyə yol vermək olmaz. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov qeyd edib ki, bu mənada daha çox işləmək, yüz ölçüb-bir biçmək lazımdır ki, səhv buraxılmasın.

Azərbaycanda icbari sığortanın tətbiqi ilə əlaqədar qanunvericilik bazasının olduğunu deyən Ə.Əhmədov bildirib ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanın 10 milyona yaxın vətəndaşının hər birinin marağına toxunan məsələ olduğuna görə kifayət qədər həssaslıq tələb edir.

O qeyd edib ki, ayrı-ayrı ölkələrin timsalında, xüsusilə keçmiş Sovet İttifaqı ölkələrində bu sahədə bir sıra nöqsanlara yol verilib: "Bu da həmin ölkələrdə aparılan islahatların lazımi nəticəyə gətirib çıxarmasına imkan vermədi. Ona görə də çalışmalıyıq ki, tələsmədən, ancaq qarşımıza qoyduğumuz məqsədə qəti addımlarla gedərək, nöqsanlara yol vermədən insanların sağlamlığının qorunması üçün ən əlverişli sistemin yaranmasına nail ola bilək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti