...

Yeməli muzey eksponatları (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2014 09:28 (UTC +04:00)
Budapeştdən 20 km məsafədə yerləşən Sentendredə maraqlı bir muzey yerli əhalinin və turistlərin sevimli məkanıdır – Marzipan muzeyi.
Yeməli muzey eksponatları (FOTO)

Macarıstan, Budapeşt, 28 oktyabr /Trend, müxbir Xumar Ələkbərova/

Budapeştdən 20 km məsafədə yerləşən Sentendredə maraqlı bir muzey yerli əhalinin və turistlərin sevimli məkanıdır - Marzipan muzeyi.

Trend xəbər verir ki, muzey 1994-cü ildə şirniyyatçı Karo Sabo tərəfindən yaradılıb. Marzipan - üyüdülmüş badam və şəkərli siropdan hazırlanmış şirin kütlədir.

Tortların, piroqların hazırlanmasında istifadə olunan və dissert kimi təqdim olunan bu şirniyyatın muzeylə əlaqəsinə gəlincə, burada marzipandan düzəldilmiş bir-birindən maraqlı fiqurlar insanı heyrətə gətirir. Yəni bu şirin kütlələrin elastikliyi sayəsində onlardan çox asanlıqla istənilən fiquru almaq mümkündür. Əlbəttə nə qədər asan olsa da, bunun üçün ustalıq tələb olunur. Muzeydə isə ziyarətçilərə dünya estradasının ulduzu Maykl Cekson, şahzadə Diana və bir çox digər məşhurların marzipandan "heykəlləri", uşaqların sevimli nağıl qəhrəmanları, Macarıstan parlamentinin möhtəşəm binası və ağlagəlməz daha nələr və kimlərin marzipanla əbədiləşdirilmiş fiqurları təqdim olunur...

Muzeydə həmçinin ziyarətçilərə marzipanın istehsal prosesi və bu şirin kütlədən fiqurlar hazırlanması əyani nümayiş olunur. Eləcə də muzey ziyarətçilərinə bu rəngarəng dadlı "əşya və heyvanlardan", "heykəlciklər"dən dadmaq və almaq təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti