...

Sabah içməli suya həsrət qalacaq qəsəbələr

Cəmiyyət Materials 28 Oktyabr 2014 17:37 (UTC +04:00)
Sabah bir sıra ərazilərdə içməli su olmayacaq.
Sabah içməli suya həsrət qalacaq qəsəbələr

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Sabah bir sıra ərazilərdə içməli su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıətrafı dairəvi avtomobil yolunun tikintisi işləri çərçivəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə su xəttinin magistral yola düşən hissəsinin köçürülməsi ilə əlaqədar 29 oktyabr 2014-cü il tarixdə gün ərzində Mehdiabad, Digah, Məhəmmədi, Sabunçu, Zabrat qəsəbələrinə, Gülüstan yaşayış massivinə və Xəzər rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti