...

“Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə qalibi məlum olub

Cəmiyyət Materials 31 Oktyabr 2014 10:03 (UTC +04:00)
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə qalibi məlum olub.
“Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə qalibi məlum olub

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin təsis etdiyi "Bilik Kuboku" uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə qalibi məlum olub.

Trend nazirliyin saytına istinadən bildirir ki, "Baku Crystal Hall"da təşkil olunan və AzTV telekanalı ilə yayımlanan oyunda əvvəlcə yarışın oktyabr ayı üzrə finalında oynayacaq 4-cü komanda müəyyənləşdirilib. Bu oyunun qalibi oktyabr ayının əvvəlki yarışlarının qalibləri olan "Nar Mobile", "Allians" və "Aypara" ilə mübazirə aparmalı idi.

Dördüncü rəqibi müəyyənləşdirmək üçün finala çıxmayan komandaların təmsilçiləri arasında şans oyunu keçirilib. Bu qarşılaşmada "Ağdaş" komandasının üzvü qalib gəlib və komandasına ayın final oyununda iştirak etmək fürsəti qazandırıb.

Final mərhələsinin ilk seçim görüşündə "Ağdaş" və "Allians" qarşılaşıb. "Allians" 5-3 hesabı ilə rəqibini üstələyib. İkinci seçim mübarizəsində isə "Nar Mobile" və "Aypara" gərgin oyun nümayiş etdiriblər. "Nar Mobile" bir xal fərqi ilə rəqibindən üstün olduğunu təsdiqləyib.

Finalda "Nar Mobile" və "Allians" qarşılaşıb. Hər iki final görüşü 5-1 hesabı ilə birincinin xeyrinə başa çatıb. Bununla, "Nar Mobile" oktyabr ayının qalibi olub və "Bilik Kuboku"nun finalında oynamaq hüququ qazanıb.

"Breyn-rinq yarışları ilin sonunadək davam edəcək və 15-ci oyunda "Bilik kuboku"nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti