...

Qarşıdan soyuqlar gəlir - Azərbaycanda payızın son ayının hava proqnozu

Cəmiyyət Materials 31 Oktyabr 2014 10:23 (UTC +04:00)
Noyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsada, ayın ilk günlərində, ikinci ongünlüyün ortalarında və üçüncü ongünlüyün bəzi günlərində temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir.
Qarşıdan soyuqlar gəlir - Azərbaycanda payızın son ayının hava proqnozu

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Noyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, ayın ilk günlərində, ikinci ongünlüyün ortalarında və üçüncü ongünlüyün bəzi günlərində temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 11-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 5-10° isti təşkil edəcək.

Gündüzlər 11-16° isti, bəzi günlərdə 3-8° isti olacaq.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə

bir qədər çox (norma 28-38 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 6-10° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 1-6° isti, bəzi günlərdə 0-3° şaxta təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 3-8° isti olacağı gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 18-28 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-8° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5° isti, bəzi günlərdə 2-7° şaxta gözlənilir. Gündüzlər 5-10° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-34 mm) olacağı gözlənilir

Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 4-9° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Gündüzlər 10-15° isti, bəzi günlərdə 3-8° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 15-24 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 6-10° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 1-6° isti, bəzi günlərdə 1-6° şaxta təşkil edəcək.

Gündüzlər 9-14° isti, bəzi günlərdə 1-6° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 10-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 5-10° isti, bəzi günlərdə 0-4° isti təşkil edəcək.

Gündüzlər 12-17° isti, bəzi günlərdə 4-9° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 mm) olacağı gözlənilir.

Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu

8-13° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 5-10° isti, bəzi günlərdə dağlarda 3-8° şaxta təşkil edəcək.

Gündüzlər 11-16° isti, bəzi günlərdə 4-9° isti olacaq. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 mm) olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti