...

Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq

Cəmiyyət Materials 31 Oktyabr 2014 14:25 (UTC +04:00)
Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 12 dərəcəyə kimi enəcək, bəzi ərazilərə qar yağacaq.
Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 12 dərəcəyə kimi enəcək, bəzi ərazilərə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 2-si günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir. Noyabrın 2-si axşam, noyabrın 3 və 4-də isə hava soyuq keçəcək. Bu müddətdə havanın maksimal temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir. Fasilələrlə yağntı müşahidə ediləcək.

Azərbaycanın rayonlarında noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Noyabrın 2-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə enəcək. Bəzi rayonlarda güclü qərb və şimal-qərb küləyi əsəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti