...

ARDNŞ uçqun baş vermiş Neft və Qazçıxarma İdarəsində təhlükəsizliyi gücləndirir

Cəmiyyət Materials 5 Dekabr 2014 17:04 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bir müddət öncə ərazisində uçqun baş vermiş N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin təhlükəsizlik tədbirlərini gücləndirir.
ARDNŞ uçqun baş vermiş Neft və Qazçıxarma İdarəsində təhlükəsizliyi gücləndirir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bir müddət öncə ərazisində uçqun baş vermiş N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin təhlükəsizlik tədbirlərini gücləndirir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istehsalat obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, eləcə də mövcud infrastrukturlarda yenidənqurma işlərinin aparılması məqsədi ilə keçirilmiş müşavirədə bu məsələ ilə bağlı Tədbirlər Proqramı təsdiq edilib.

Müşavirədə Şirkətin müvafiq struktur rəhbərlərinin iştirakı ilə neft-qaz hasilatının sabit saxlanılması, neft-mədən və sosial-məişət infrastrukturlarının təhlükəsiz istismarının təmin edilməsi, əmək şəraitinin yaхşılaşdırılması, istеhsalatda baş vеrə biləcək qəzaların, bədbəхt hadisələrin qarşısının alınması məqsədilə görülən işlər geniş müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti