...

Azərbaycanda hava əsasən yağmursuz olacaq

Cəmiyyət Materials 7 Dekabr 2014 17:00 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq
Azərbaycanda hava əsasən yağmursuz olacaq

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava buludlu keçəcək, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz olacaq. Cənub küləyi 9-14 m/s, səhər və səhər arabir 23-25 m/s olacaq, axşama doğru 9-14 m/s-dək mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyinin 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var.

Cənub rayonlarında isə dağlıq ərazilərdə sulu qar, qar yağacağı praqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti