...

ƏƏSMN-in 142 - "Çağrı mərkəzi"nə müraciətlərin sayı son bir ayda 26 faizədək azalıb (FOTO)

Cəmiyyət Materials 10 Dekabr 2014 10:40 (UTC +04:00)
Cari ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı əvvəlki ayla müqayisədə 25.9 % azalaraq 4120 müraciət təşkil edib.
ƏƏSMN-in 142 - "Çağrı mərkəzi"nə müraciətlərin sayı son bir ayda 26 faizədək azalıb (FOTO)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Cari ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı əvvəlki ayla müqayisədə 25.9 % azalaraq 4120 müraciət təşkil edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlərin 87.7 %-i sorğu xarakterli olub. Daxil olan sorğu xarakterli müraciətlərin sayı ötən aya nisbətən (3615 müraciət) 29.1 % azalıb. Bu müraciətlərdə elektron xidmətlərdən istifadə, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi, ünvanlı dövlət sosial yardımı və sosial müavinət almaq hüququnun müəyyənləşdirilməsi, əmək qanunvericiliyinin izahı, əlillik müayinəsinin aparılması, əlillərin avtomobillə təmin olunması üçün tələb olunan sənədlər və s. məsələləri əhatə edib.

Müraciətlərdə əksini tapan təkliflər əsasən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsinə aid olub və baxılmaq üçün qeydiyyata alınıb.
Ötən ay "Çağrı mərkəzi"nə daxil olan ümumi müraciətlərin 1678-i sosial təminat, 266-ı əlillik və reabilitasiya, 197-i məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 1575-i əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı,404-ü elektron xidmətlərlə bağlı olub. Bu sahələr üzrə müraciətlərin sayı əvvəlki ayla müqayisədə əlillik və reabilitasiya məsələləri üzrə 12,7%, məşğulluq məsələləri üzrə 27%, əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı 53,4% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti