...

Bələdiyyə seçkilərində qadınlar fəallıq göstərirlər

Cəmiyyət Materials 10 Dekabr 2014 10:58 (UTC +04:00)
23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Bələdiyyə seçkilərində qadınlar fəallıq göstərirlər

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri, partiyanın səlahiyyətli nümayəndəsi Pərvin Kərimzadə partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən qadınlarla görüş keçirib. Tədbirdə bələdiyyə üzvlüyünə qadın namizədlər , təbliğat qrupunun üzvləri, müşahidəçilər və partiya fəalları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə tədbir iştirakçılarını salamlayıb, seçki kampaniyasında bələdiyyə üzvlüyünə qadın namizədlərə uğurlar arzulayıb. Qeyd edib ki, qadınların bələdiyyələrdə təmsil olunması günün tələbidir. Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Bu baxımdan, qadınların yerli özünüidarəetmə orqanlarında iştirakı qadın ədalətinin, şəfqətinin,diqqətinin bu quruma gətirilməsi deməkdir.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti bu gün qadınlarımız üçün əsl nümunədir

Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən YAP Qadınlar Şurasının sədri Pərvin Kərimzadə vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident cınab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizin nüfuzlu, ziyalı qadınları, eləcə də, cəmiyyətin digər təbəqələrini təmsil edən xanımlar YAP-ın sıralarında cəmləşiblər. Hazırda YAP üzvlərinin 40 faizdən çoxunu qadınlar təşkil edir.

Ötən bələdiyyə seçkilərindən qadınların fəallığı 10 dəfədən çox artıb. Bu artım qadınlarımızın fəallığı, dünyagörüşü, həyata baxışı deməkdir. Yeni Azərbaycan Partiyasını bələdiyyə seçkilərində təhsilli, təşkilatçılıq bacarığına malik, əhali arasında özünəməxsus nüfuzu və hörməti olan qadınlarımız, gənclərimiz təmsil edirlər.2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınların cəmi 4 faiz olduğunu xatırladan Pərvin Kərimzadə, hazırda bu göstəricinin 30 faizə qədər yüksəldiyini və bu qadınların böyük əksəriyyətinin YAP-ın üzvləri olduğunu bildirib, partiya fəallarını dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində fəal olmağa çağırıb .

Tədbirdə çıxış edən namizədlərdən 6 saylı şəhər poliklinikasının həkim-nevrepatoloqu Aynur Abdullayeva ,10 saylı körpələr evi-uşaq bağçasının müdiri Günay Nəsibova və başqaları YAP-ın cəmiyyət həyatındakı mövqeyindən, həyata keçirilən layihələrdən danışıb, qadın namizəd olaraq, onlara göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.

Sonda bələdiyyə üzvlüyünə namizədlərə vəsiqələr , bukletlər təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti