...

Mədət Quliyev: "Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq"

Cəmiyyət Materials 12 Dekabr 2014 13:52 (UTC +04:00)
Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bildirib.
Mədət Quliyev: "Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq"

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzində bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bildirib.

Onun sözlərnə görə, dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi yüksək səviyyədə diqqət yoxdur: "Bu, dövlətimizdə gedən quruculuq işlərinin, inkişafın nəticəsidir. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində yeni cəzaçəkmə müəssisələrinin tikintisi üçün maddi vəsait ayrılıb. 10 cəzaçəkmə müəssisəsindən 3-ü artıq inşa edilərək istifadəyə verilib, digər 7-si isə tikilmək üzrədir. Biz çalışacağıq ki, Bakı şəhərinin mərkəzində yerləşən bütün cəzaçəkmə müəssisələrini şəhərdən kənara çıxaraq".

M.Quliyev bildirib ki, prosesin nə vaxta başa çatacağı maliyyələşmədən asılıdır: "Lənkəranda inşa edilən cəzaçəkmə müəssisəsi qısa zamanda, təxminən 1 ilə istifadəyə veriləcək. Sonra Qadın və Tərbiyə müəssisələri köçürüləcək. Bu məqsədlə paytaxtın Sabunçu rayonunda tikinti işləri aparılır. Hesab edirəm ki, 5 il ərzində onların hamısı mərhələlərlə şəhərdən kənara köçürüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti