...

Azərbaycanda zəlzələlərin sayı artıb, seysmik aktivlik müşahidə olunur

Cəmiyyət Materials 12 Dekabr 2014 15:19 (UTC +04:00)
Bu il Azərbaycan ərazisində ayrılan seysmik enerjinin miqdarı 2013-cü illə müqayisədə 20 dəfə çox olub, zəlzələlərin sayı isə bir qədər artıb.
Azərbaycanda zəlzələlərin sayı artıb, seysmik aktivlik müşahidə olunur

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Azərbaycan ərazisində ayrılan seysmik enerjinin miqdarı 2013-cü illə müqayisədə 20 dəfə çox olub, zəlzələlərin sayı isə bir qədər artıb. Bu barədə məlumatı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər.

Mərkəzdən bildirilib ki, bu il Azərbaycanda 25 hiss olunan (ml=2.8-5.7) zəlzələ baş verib. Bu il ərzində Azərbaycanın şimal-qərb zonasında (Zaqatala zonası), Şəki, Qəbələ, Şamaxı-İsmayıllı seysmogen zonasında, Ağstafa, Talış zonasında, Naxçıvan - Ermənistan sərhədində seysmikliyin artımı müşahidə olunub. Bu il 2013-cü ilə nisbətən Xəzərin seysmikliyi də bir qədər artıb.

Mərkəzdən deyilib ki, Alazan-Əyriçay-Ələt, Vəndam uzununa qırılmaları, Qazax-Siqnax, Tahircal­çay-Salyan, Çaxırlı-Qəbələ, Qərbi Xəzər-Mahaçqala-Türkmənbaşı dərinlik qırıl­ma­ları istiqaməti boyu aktivləşmə müşahidə olunur. Seysmiklik, əsasən, Böyük Qafqazın cənub-şərq yamacında Zaqatala-Balakən, Şamaxı-İsmayıllı, Şəki, Qəbələ, Talış, Ağstafa zonalarında müəyyən olunur.

Bu­nunla yanaşı, Kiçik Qafqazın cənub və şimal hissəsində, Naxçıvan - Ermənistan sərhədində, İran zonasında (Təbriz şəhəri), Xəzər dənizində, Abşeronun şimal və cənub his­sələrində aktiv sahələr müşahidə olunur: "Bu il Böyük Qafqazın cənub yamaclarında, Kür çökəkliklərində və Talışətrafı sahədə 10 geoloji mühitin gərginlik zonaları aşkar edilib. Hesab edilir ki, bu zonalar hiss olunan zəlzələ ocaqlarının mümkün zonaları ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti