...

Elçin Babayev: Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verib

Cəmiyyət Materials 12 Dekabr 2014 15:49 (UTC +04:00)
lmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər Heydər Əliyev elm və milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirib.
Elçin Babayev: Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər Heydər Əliyev elm və milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Trend-ə bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünüb. Yüksək intellektli şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanıb: "Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verib. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanmasıdır. Ulu öndərin respublikada rəhbərlikdə olduğu bütün dövrlərdə Azərbaycan elminə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanır".

E.Babayev qeyd edib ki, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə elm və milli təhsil sisteminin müasirləşdirilməsi, fəal maarifçilik kursunun həyata keçirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti və savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olub: "Ulu öndər Heydər Əliyev peşəkar strateq olaraq daim qeyd edib ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən mühüm amillərdən biridir. Heydər Əliyevin yürütdüyü siyasətin uzaq hədəflərə hesablanması da məhz onun dərin elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir".

Fondun icraçı direktoru deyib ki, elm və təhsil sahəsində Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni şəraitin tələblərinə uyğun şəkildə, yaradıcılıqla və inamla davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti