...

DİN Sumqayıtda köçkünlərə səyyar xidmətlə şəxsiyyət vəsiqələri verib

Cəmiyyət Materials 15 Dekabr 2014 13:10 (UTC +04:00)
Sumqayıt şəhərində səyyar xidmətlə 232 vətəndaşa yeni şəxsiyyət vəsiqələri verilib.
DİN Sumqayıtda köçkünlərə səyyar xidmətlə şəxsiyyət vəsiqələri verib

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhərində səyyar xidmətlə 232 vətəndaşa yeni şəxsiyyət vəsiqələri verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və aidiyyatı ərazi polis orqanlarının müvafiq xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 13-də Sumqayıtda bu şəhərin, eyni zamanda, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa rayonlarının sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Tədbir zamanı 232 vətəndaşa, o cümlədən 16 yaşına çatmayan 64, 16 yaşına çatmış 168 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib. Bundan əlavə, 198 nəfərin də şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti