...

Azərbaycanda regional kolleclərin yaradılmasına başlanılıb

Cəmiyyət Materials 18 Dekabr 2014 16:01 (UTC +04:00)
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, Azərvbaycanda regional kolleclərin yaradılması işinə başlanılıb.
Azərbaycanda regional kolleclərin yaradılmasına başlanılıb

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, Azərvbaycanda regional kolleclərin yaradılması işinə başlanılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci, eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb.

Bu il həm də orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq 15 667 yerdən 11 266 yerə endirilib.

Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, "ibtidai sinif müəllimliyi" və "informatika müəllimliyi" ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə "məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Bu il texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alır. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti