...

119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib

Cəmiyyət Materials 18 Dekabr 2014 18:23 (UTC +04:00)
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.
119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Daşkəsən RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə dekabrın 18-də rayonun Qabaqtəpə, Quşçu, Çanaqçı və Yeni Daşkəsən kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir zamanı ümumilikdə 119 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib, həmçinin 115 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.

Rayon sakinləri bu tip səyyar xidmətlərin təşkilinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti