...

"İrəli" İB cəbhə bölgəsində əsgərlərlə birlikdə tort kəsəcək

Cəmiyyət Materials 24 Dekabr 2014 12:29 (UTC +04:00)
"İrəli" İctimai Birliyi təsis gününü cəbhə bölgəsində əsgərlər birlikdə qeyd edəcək.
"İrəli" İB cəbhə bölgəsində əsgərlərlə birlikdə tort kəsəcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlkin İzzət/

"İrəli" İctimai Birliyi təsis gününü cəbhə bölgəsində əsgərlər birlikdə qeyd edəcək. Trend xəbər verir ki, bunu "İrəli" İB-nin sədri Mirhəsən Seyidov bu gün Beynəlxalq Muğam Mərkəzində "İrəli"nin fəaliyyətinin 6 aylıq hesabatının və yeni korporativ üslubunun təqdimat mərasimində bildirib.

M.Seyidov deyib ki, təşkilat bu gün yaradıldığı günü qeyd etməyəcək. Təşkilatın yaranma günü cəbhə bölgəsində əsgərlərlə birlikdə qeyd ediləcək: "İrəli" doğum günü tortunu dekabrın 25-də cəbhə xəttində əsgərlərlə birlikdə kəsəcək".

Qeyd edək ki, "İrəli" İB təşkilat kimi 2008-ci il dekabrın 24-də təsis edilsə, Ümumrespublika Gənclər Hərəkatı kimi daha öncə, 2005-ci ildə yaranıb. Təşkilatın əsas məqsədi gənclərin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və həmin gənclərin fərdi inkişaflarına töhfə verməkdən ibarətdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir. Azərbaycanı beynəlxalq tədbirlərdə uğurla təmsil edən "İrəli" ölkə daxilində də müxtəlif layihələr reallaşdırmaqla dövlət, özəl, biznes və media qurumları ilə yaxından əməkdaşlıq edir.

"İrəli" İB Azərbaycan Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezidnt İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti