...

Bakıda yük maşını ilə avtoxuliqanlıq edən sürücünün aqibəti

Cəmiyyət Materials 26 Dekabr 2014 11:19 (UTC +04:00)
Bakıda yük maşını ilə avtoxuliqanlıq edən sürücü həbs edilməklə yanaşı, sürücülük hüququndan da məhrum edilib.
Bakıda yük maşını ilə avtoxuliqanlıq edən sürücünün aqibəti

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yük maşını ilə avtoxuliqanlıq edən sürücü həbs edilməklə yanaşı, sürücülük hüququndan da məhrum edilib.

Səbail Rayon Məhkəməsindən Trend-ə verilən məlumata görə, 2014-cü il dekabrın 20-də 1977-ci il təvəllüdlü Sabirabad rayon sakini Mehdiyev Yusif Abbasqulu oğlu idarə etdiyi "JAC-HFC 325K1R1T-Y3A00" markalı 54-AC-578 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Neftçilər prospektində yol polisi əməkdaşının dəfələrlə "avtomobili saxla" əmrinə tabe olmayıb.

Görülən tədbirlər nəticəsində sürücünün saxlanılması üçün süni tıxac yaradılıb. Lakin o, avtomobili yolda dayanan polislərin və digər vətəndaşların üzərinə sürərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşaiyət olunan qərəzli hərəkət edərək avtoxuliqanlıq edib.

Buna baxmayaraq, 37 yaşlı sürücü Yusif Mehdiyev saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci maddəsinə əsasən protokol tərtib edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə isə polisin əmrinə tabe olmayan avtoxuliqan sürücü 25 gün müddətinə həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti