...

Qaradağda Gənclər Gününə həsr olunmuş tədbir keçirildi (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2015 11:37 (UTC +04:00)
Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.
Qaradağda Gənclər Gününə həsr olunmuş tədbir keçirildi (FOTO)

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, millət vəkilləri Ağalar Vəliyev və Mixail Zabelin və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyev büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Daha sonra rayon gənclərinin müxtəlif yarışlarda əldə etdikləri nailiyyətlərlə tanış oldular.

Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı S.Mikayılov ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəlib. Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərinin gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 26 yanvar 2015-cil tarixli sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın gənclərə olan xüsusi diqqətin daha bir nümunəsi olduğu vurğuladı. Bu sahədə Heydər Əliyev Fondunun da xüsusi əməyini olduğunu diqqətə çatdırdı.

Öz növbəsində, çıxış edən millət vəkilləri A.Vəliyev və M.Zabelin gənclərə hər cür şəraitin yaradıldığını qeyd etdilər. Bu gün ölkəmizdə vətənpərvər, savadlı, yenilikçi gənclərin olduğunu Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramların və layihələr həyata keçirildiyini nəzərə çatdırdılar. 2005-ci il avqust ayının 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncam, Prezidentin təşəbbüsü ilə 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və digər bu kimi layihələri dövlətimizin gəncliyə diqqət və qayğısı kimi dəyərləndirdilər.

Daha sonra çıxış edən Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı idarə tərəfindən görülmüş işlər, rayon gənclərinin əldə etdiyi uğurlar barədə qısa məlumat verdi.

"Boss Şelf" MMC-nin baş direktoru İxtiyar Axundov bugünkü gəncliyin qarşısında sərhədsiz imkanların açıldığı, bundan hər bir gəncin səmərəli şəkildə yararlanaraq dövlət və cəmiyyət adına faydalı olacağına əminliyi ifadə etdi.

Tədbirdə çıxış edən rayon gəncləri ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl, sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, göstərilən hərtərəfli diqqət və qayğının onlarda böyük ruh yüksəkliyinin yaratdığı qeyd etdilər.

Gənclərin istəklərini dinləyən rayon rəhbərliyi tərəfindən rayonun ictimai həyatında fərqlənmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim edildi, eləcə də rayonun gənc memarları arasında elan olunmuş müsabiqədə işləri fərqlənən gənclərə pul mükafatı verildi.

Sonda xatirə şəkli çəkildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti