...

Azərbaycanda ov tüfəngləri yığışdırıldı

Cəmiyyət Materials 2 Fevral 2015 15:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edən şəxslərdən 5 ov tüfəngi götürüb.
Azərbaycanda ov tüfəngləri yığışdırıldı

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edən şəxslərdən 5 ov tüfəngi götürüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində keçirilən növbəti reydlər zamanı Qusar rayonu Urfa kəndində həmin kəndin sakini Zöhrab Əhmədov saxlanılıb. Ondan 1 ov tüfəngi, 7 patron götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib, 1000 manat məbləğində cərimə olunub.

Qusar rayon Çağar kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi, 14 patron götürülüb və faktla bağlı qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edilib.

Xocavənd rayonu ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan Xocavənd qəsəbə sakini Eyvaz Balakişiyev saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə edilib.

Altıağac Milli Parkının ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan Bakı şəhər sakinləri Misirxan və Rahim Ağabalayevlər saxlanılıb. Onlardan 2 ov tüfəngi götürülərək barələrində qanunamüvafiq qaydada akt, protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti