...

Azərbaycanda talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialı götürüləcək

Cəmiyyət Materials 10 Fevral 2015 19:33 (UTC +04:00)
Azərbaycanda talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialı götürüləcək.
Azərbaycanda talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialı götürüləcək

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycanda talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialı götürüləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planında qeyd olunur.

Səhiyyə Nazirliyi tərəfindən 2015-ci ildə Respublika Perinatal Mərkəzində və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, 2017-2018-ci illərdə isə regional perinatal mərkəzlərdə talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialının götürülməsi təşkil olunacaq.

Bundan başqa, mütəmadi olaraq Respublika Talassemiya Mərkəzində və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda döl materiallarının molekulyar-genetik müayinəsi aparılacaq.

Talassemiyanın müalicəsinin təkmilləşdirilməsi məqsədilə mütəmadi əsasda klinik protokollara uyğun olaraq, talassemiyanın radikal müalicəsi - sümük iliyi transplantasiyası həyata keçiriləcək.

Səhiyyə Nazirliyinə 2015-2020-ci illərdə talassemiyanın müasir müalicə üsullarının tətbiqi yolu ilə xəstəliyin fəsadlarının qarşısının alınması, talassemiyanın profilaktikası və müalicəsi üzrə klinik protokolların, metodik vəsaitlərin, təlimatların və elmi ədəbiyyatın hazırlanması tapşırılıb.

Həmçinin, talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə mütəmadi olaraq nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi aparılacaq, talassemiya daşıyıcılığı aşkar olunan cütlərə həkim məsləhəti veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti