...

Dələduzluq edən nardaranlının aqibəti

Cəmiyyət Materials 18 Fevral 2015 11:49 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsndə dələduzluqda təqsirli bilinən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduzluq edən nardaranlının aqibəti

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əli Məmmədov 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əli Məmmədov Bakı şəhərində bir neçə şəxsin etimadını qazanaraq, onları işə düzəltmək adı ilə aldadıb və onların xeyli miqdarda pulunu mənimsəyib. Bundan sonra zərərçəkənlər Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə şikayət ediblər.

Nardaran qəsəbəsinin sakini Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlasa da, onun həbs edilməsi mümkün olmayıb. Uzun müddət axtarışda olan Əli Məmmədov yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti