...

Ombudsman I Avropa Oyunlarına qarşı təbliğat aparan təşkilatlarla mübarizəyə çağırıldı

Cəmiyyət Materials 6 Mart 2015 13:15 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova I Avropa Oyunlarına qarşı təbliğat aparan beynəlxalq təşkilatlarla qarşı mübarizə aparmağa çağırılıb.
Ombudsman I Avropa Oyunlarına qarşı təbliğat aparan təşkilatlarla mübarizəyə çağırıldı

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova I Avropa Oyunlarına qarşı təbliğat aparan beynəlxalq təşkilatlarla qarşı mübarizə aparmağa çağırılıb.

Trend-in məlumatına görə, E.Süleymanova Milli Məclisdə hesabat təqdim edəndən sonra hesabata münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, I Avropa Oyunları Azərbaycanın dünyada təbliğ olunması üçün çox böyük hadisədir, bir fürsətdir: "Ancaq çox təəssüf ki, Azərbaycanın əleyhinə olan, ermənipərəst qüvvələrin dünyanın aparıcı ölkələrində güclü lobbiləri var, o ölkələrin siyasətinə təsir edə bilirlər. Həmin ölkələr də beynəlxalq insan hüquqları təşkilatlarını maliyyələşdirirlər və o təşkilatlar da onların sifarişləri ilə ayrı-ayrı ölkələrdə insan haqları məsələsinə daha çox diqqət yetirirlər. Biz bütün bu reallıqları bilirik və o reallığı da bilirik ki, dünyada insan hüquqları ilə bağlı fikri həmin təşkilatlar formalaşdırır. Ona görə də Elmira xanım da öz nüfuzundan istifadə etməlidir və biz çalışmalıyıq ki, bu Oyunlar ərəfəsində həmin beynəlxalq təşkilatların Azərbaycana qarşı kampaniya aparmasına imkan verməyək ki, kimlərsə bu böyük tədbirin üzərinə kölgə sala bilməsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti