...

ASAN-ın xidmətləri kəndlərdə poçt şöbələrində

Cəmiyyət Materials 2 May 2015 01:48 (UTC +04:00)
Azərbaycanın poçt rabitəsi şöbələrində "ASAN xidmət" mərkəzinin bir sıra xidmətlərindən istifadə etmək mümkün olacaq.
ASAN-ın xidmətləri kəndlərdə poçt şöbələrində

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın poçt rabitəsi şöbələrində "ASAN xidmət" mərkəzinin bir sıra xidmətlərindən istifadə etmək mümkün olacaq. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, söhbət kənd yerlərindəki poçt şöbələrindən gedir və bu, vətəndaşların həmin xidmətlərdən istifadəsini asanlaşdırmağa hesablanıb.

Mənbə qeyd edib ki, hazırda "Azərpoçt"un poçt şöbələrində mərkəzin xidmətlərinin tətbiqi imkanlarına dair təklif baxılma mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti