...

Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir

Cəmiyyət Materials 2 May 2015 10:39 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 2-də Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir.
Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Elçin Mehdiyev/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 2-də Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təsdiq edilmiş plana əsasən şəxsi heyət ümummilli liderimiz Heydər Əliyevin abidələrinin yerləşdiyi ərazilərdə, guşələrdə abadlıq və tərtibat işləri aparacaq, yaşıllıqlara qulluq göstəriləcək, müxtəlif növ ağac və gül kolları əkiləcək, digər tədbirlər həyata keçiriləcəkdir.

Yüksək bayram əhval-ruhiyyəsində hərbi orkestrlərin çıxışları ilə müşayiət olunan ümumordu iməciliyində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Sovet İttifaqı Qəhrəmanları məzarlarının ətrafında da abadlıq-təmizlik işləri yerinə yetiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti