...

İstirahət gününün hava proqnozu: yağış və külək

Cəmiyyət Materials 2 May 2015 12:48 (UTC +04:00)
Havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
İstirahət gününün hava proqnozu: yağış və külək

Azərbaycan, Bakı, 2 may /Trend/

İstirahət günü Bakı küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 3-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti