...

"Fikir şənbəsi”ndə sosial şəbəkələrdə təhlükəsizlik qaydaları müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 2 May 2015 13:49 (UTC +04:00)
"Fikir şənbəsi”ndə sosial şəbəkələrdə təhlükəsizlik qaydaları müzakirə olundu.
"Fikir şənbəsi”ndə sosial şəbəkələrdə təhlükəsizlik qaydaları müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend/

"Fikir şənbəsi"ndə sosial şəbəkələrdə təhlükəsizlik qaydaları müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubunda növbəti təlim keçirilib. Fondun İnformasiya Təminatı sektoru"ndan Trend-ə verilən məlumata görə, "Sosial şəbəkələrdə təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda keçirilən təlimdə Fondun əməkdaşları ilə yanaşı, Könüllülər Birliyinin üzvləri, müxtəlif universitetlərin tələbələri iştirak ediblər.

Təlimçilər Abşeron rayonu İcra Hakimiyyətinin əməkdaşı Şamo Əliyev və Dövlət Yer Quruluşu Layihə İnstitutunun mühəndisi Əfqan Noçuyev facebook şəbəkəsində istifadəçiləri gözləyən təhlükələr barədə danışıblar, onlardan qorunma mexanizmləri və qarşısını almaq yolları barədə ətraflı məlumat veriblər. Təlimçilərin əyani şəkildə göstərdiyi praktik nümunələr iştirakçıların marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti