...

Vaşinqton şəhəri növbəti dəfə Azərbaycan milli mədəni irsinin zənginliyinə şahidlik etmişdir (FOTO)

Cəmiyyət Materials 3 May 2015 06:39 (UTC +04:00)
ABŞ-ın paytaxtı Vaşinqtonda şəhər meriyası tərəfindən may ayının 2-də “Dünya boyu Səfirliklər Turu” adlı mədəni tədbir təşkil olunmuşdur. Azərbaycanın ABŞ-dakı Səfirliyi ardıcıl olaraq 3 ildir ki, bu beynəlxalq təşəbbüsə qoşulmuş və həmin gün qapılarını paytaxt sakinləri və Vaşinqtonun çoxsaylı qonaqlarının üzünə açmışdır.
Vaşinqton şəhəri növbəti dəfə Azərbaycan milli mədəni irsinin zənginliyinə şahidlik etmişdir (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

ABŞ-ın paytaxtı Vaşinqtonda şəhər meriyası tərəfindən may ayının 2-də "Dünya boyu Səfirliklər Turu" adlı mədəni tədbir təşkil olunmuşdur. Azərbaycanın ABŞ-dakı Səfirliyi ardıcıl olaraq 3 ildir ki, bu beynəlxalq təşəbbüsə qoşulmuş və həmin gün qapılarını paytaxt sakinləri və Vaşinqtonun çoxsaylı qonaqlarının üzünə açmışdır. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-da olan səfirliyindən məlumat veriblər.

Azərbaycan Səfirliyinin inzibati binasına təşrif buyurmuş çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş olunmuşdur. Bundan əlavə, Səfirliyin əməkdaşları və onların ailə üzvləri gün ərzində ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi və qonaqpərvər insanları haqqında məlumat vermiş və onların suallarını cavablandırmışlar.

Azərbaycan musiqisi və rəqsləri xüsusilə böyük maraq doğurmuşdur. Vaşinqtonda fəaliyyət göstərən "İpək Yolu" qrupunun ifasında milli rəqslərimizin Nəlbəki və Sarı Gəlin kimi nümunələri qonaqlara təqdim edilmiş və eləcə də onların bir çoxu rəqqasələrlə birlikdə yallı getmişlər. Həmçinin Səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilmiş və fotoşəkil çəkmək üçün "Qız qalası"nı əks etdirən maket qurulmuşdur.

Nəhayət, qonaqlar Azərbaycan mətbəxini ən yaxşı şəkildə təcəssüm etdirən plov süfrəsindən ayrıca zövq almışlar. "Dünya boyu Səfirliklər Turu"nda iştirakının üçüncü ilində Səfirliyimizə 1700-dən artıq ziyarətçi baş çəkmiş və Azərbaycanın Vaşinqtonda kiçik bir parçası olan bu məkandan növbəti il yenidən qayıtmaq vədi ilə ayrılmışlar. Təqdirəlayiq haldır ki, bu tədbir barədə "Vaşinqton Post" qəzetində getmiş yazıda Azərbaycan Səfirliyinin təqdim etdiyi proqrama da istinad olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti