...

Azərbaycan və İran din sahəsində birgə kitabların nəşrini müzakirə edib

Cəmiyyət Materials 3 May 2015 14:35 (UTC +04:00)
Azərbaycan və İran din sahəsində birgə kitabların nəşrini müzakirə edib. Bunu Trend-ə İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkman Trehranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündən sonra deyib
Azərbaycan və İran din sahəsində birgə kitabların nəşrini müzakirə edib

İran, Tehran, 3 may /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran din sahəsində birgə kitabların nəşrini müzakirə edib. Bunu Trend-ə İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkman Trehranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündən sonra deyib.

Onun sözlərinə görə, görüşdə, həmçinin dini maarifləndirmə sahəsində birgə tədbirlərin keçirilməsi müzakirə edildi: "Ümid edirəm ki, bu səfər Azərbaycan və İran arasında əlaqələrin inkişafında yeni mühit yaradacaq".

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə Trend-ə bildirib ki, İran və Azərbaycan arasında bütün sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir: "İqtisadi, siyasi əlaqələrimiz normal məcrada davam etməkdədir. O cümlədən din və mədəniyyət sahəsində də əlaqələrimizə xüsusi diqqət yetirməkdəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti