...

Azərbaycana 72 yeni yük vaqonu gətirilib (FOTO)

Cəmiyyət Materials 4 May 2015 11:27 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib.
Azərbaycana 72 yeni yük vaqonu gətirilib (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib.

Ölkə iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır. Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə ölkəyə daha 72 yeni yük vaqonu gətirilib. Bunun 50-si yarımvaqon, 22-si iritonnajlı konteyner daşıyan platforma vaqonlarıdır.

Bu günlərdə daha 50 yük vaqonunun ölkəmizə gətiriləcəyi gözlənilir.
Xatırladırıq ki, bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşündə zavoddan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı tərəflər arasında müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl aprelin 25-də "Azərbaycan Dəmir Yolları"nın sifariş etdiyi yarımvaqon tipli 50 yük vaqonu ölkəmizə gətirilib.

Mətbuat Katibliyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti