...

BMAM İdarə Heyətinin növbəti iclası keçirilib

Cəmiyyət Materials 4 May 2015 12:05 (UTC +04:00)
BMAM İdarə Heyətinin növbəti iclası keçirilib
BMAM İdarə Heyətinin növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 4 may /Trend/

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda 2015-ci ilin birinci yarısında BMAM-ın cari fəaliyyət planına uyğun olaraq görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, BMAM sədri, politoloq Rufiz Qonaqov mərkəz qarşısında duran vəziflərlə bağlı bildirib ki, Bakı-2015 Birinci Avropa Oyunlarına ictimai dəstəyin təmin edilməsi, Bakıda və rayonlarda "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının ictimai müzakirəsinin təşkili" adlı tədbirlərin keçirilməsi, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının fəaliyətinin gücləndirilməsi bu ilin birinci yarısında BMAM qarşısında duran əsas vəzifələrdir.

Qərara alınıb ki, "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirrinin qorunması" adlı ilk ictimai müzakirə Bakı şəhərində aparıcı QHT, media rəhbərləri, millət vəkilləri və dövlət qurumlarının birgə iştirakı ilə mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilsin.

İndiyədək görülən işlərlə bağlı iclasda Mərkəzin katiblik rəisi Novruz Dadaşov BMAM sədri və İdarə Heyətinə geniş hesabat verib. BMAM katibliyinin hesabatı təsdiq olunaraq, katibliyə qarşıda duran vəzifələrlə bağlı cari tapşırıqlar verilib.

İdarə Heyətinin iclasında, eyni zamanda BMAM-da bir neçə yeni təyinatlar olub. Fuad Füzuli oğlu Rəsulov və İdarə Heyətinin üzvü Eldar İqbal oğlu Orucov sədrin yeni müşavirləri təyin olunub. Əzizağa Hüseynağa oğlu Heydərov Mərkəzdə yeni təyinatı ilə əlaqədar sədrin müşaviri vəzifəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti