...

Ramil Usubovdan polis rəisləri ilə bağlı yeni əmrlər

Cəmiyyət Materials 4 May 2015 15:27 (UTC +04:00)
Ramil Usubovun əmri ilə bir neçə rayonun polis rəisləri yeni təyinat alıb.
Ramil Usubovdan polis rəisləri ilə bağlı yeni əmrlər

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə rayonun polis rəisləri yeni təyinat alıb.

Trend xəbər verir ki, nazirin bir neçə gün əvvəl imzaladığı müvafiq əmrlərə əsasən, Oğuz rayon Polis şöbəsinin (RPŞ) rəisi Cəmil Əmirov tutduğu vəzifədən azad edilərək Şəmkir RPŞ-nin rəisi vəzifəsinə, Ucar RPŞ-nin rəisi Tahir Quliyev tutduğu vəzifədən azad edilərək Oğuz RPŞ-nin rəisi vəzifəsinə, Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) rəisinin müavini Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyin olunublar. Bundan bir müddət əvvəl Şəmkir RPŞ-nin rəisi vəzifəsindən azad edilmiş Şükür Mehdiyev isə BNMİ-nin rəis müavini vəzifəsinə təyinat alıb.

Faktı Trend-ə DİN-in mətbuat xidmətindən də təsdiq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti