...

"Azəryolservis" qurumlara müraciət etdi: "Anlayışlı olun"

Cəmiyyət Materials 4 May 2015 18:28 (UTC +04:00)
“Azəryolservis” ASC yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri ilə məşğul olan qurumlara müraciət edib.
"Azəryolservis" qurumlara müraciət etdi: "Anlayışlı olun"

Azərbaycan, Bakı, 4 may /Trend/

"Azəryolservis" ASC yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri ilə məşğul olan qurumlara müraciət edib.

ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, qəza halları istisna olmaqla planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan, asfalt-beton örtüyü qazılaraq yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən may ayının 15-dən 1-ci Avropa Oyunları bitənədək müvəqqəti dayandırılır.

ASC bununla əlaqədar olaraq aidiyyəti qurumlardan anlayışlı olmalarını xahiş edir və öz işlərini iyul ayından sonrakı dövrə planlaşdırmalarını tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti