...

Milli Preventiv Qrup üzvləri cəzaçəkmə müəssisələrində məhbuslarla görüşüb

Cəmiyyət Materials 5 May 2015 10:55 (UTC +04:00)
Milli Preventiv Qrupun üzvləri Penitensiar müəssisələrdə olublar.
Milli Preventiv Qrup üzvləri cəzaçəkmə müəssisələrində məhbuslarla görüşüb

Azərbaycan, Bakı, 5 may /Trend/

Milli Preventiv Qrupun üzvləri Penitensiar müəssisələrdə olublar.

Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 11 və 17 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər.

Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib. Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən həmin müəssisələrdə 60-dan çox məhkum fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılmış və müraciətləri yerində araşdırılıb. Məhkumlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, onların qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib.

Habelə CÇM-lərin cərimə təcridxanalarına, tibb-sanitar hissələrinə və digər obyektlərinə baxışlar keçirilib, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti