...

Mikayıl Cabbarov: Məktəblərdə qanunsuz halları gizlətməyin

Cəmiyyət Materials 5 May 2015 12:56 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Avropa Oyunları ilə əlaqədar rayon təhsil şöbələri tərəfindən müəllimlərdən pul yığılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mikayıl Cabbarov: Məktəblərdə qanunsuz halları gizlətməyin

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov I Avropa Oyunları ilə əlaqədar rayon təhsil şöbələri tərəfindən müəllimlərdən pul yığılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, bununla bağlı konkret onlara müraciət daxil olmayıb.

M.Cabbarov bu barədə məlumatın mətbuatdan izlədiklərini də söyləyib: "Mediada Xacmaz rayonunun kəndlərindən birində belə bir halın olması iddia edilirdi. Bu faktla bağlı rayon təhsil şöbəsinin müdiri nazirliyə dəvət edilib və müvafiq araşdırmalar aparılıb. Mən vətəndaşlara üzümü turaraq deyirəm ki, belə halların olmasını gizlətməsinlər. Bəhanədən asılı olmayaraq, istənilən qanundan kənara çıxan hərəkət qanunsuzdur. Eyni zamanda, bəzi hallarda yoxlanılmamış məlumatlar da deyilir. Bu baxımdan Təhsil Nazirliyinə, yaxud aidiyyatı üzrə hüquq-mühafizə orqanına edilən hər bir müraciət araşdırılır və nəzarətdə saxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti