...

Nepaldan təxliyə edilən ukraynalılar Bakıdadır

Cəmiyyət Materials 6 May 2015 14:34 (UTC +04:00)
Nepaldakı insanları təxliyə edən Ukraynanın Müdafiə Nazirliyinə məxsus İl-76 təyyarəsi Bakıya eniş edib.
Nepaldan təxliyə edilən ukraynalılar Bakıdadır

Azərbaycan, Bakı, 6 may /Trend/

Nepaldan təxliyə edilən ukraynalıları gətirən Ukraynanın Müdafiə Nazirliyinə məxsus İl-76 təyyarəsi Heydər Əliyev adına Bakı hava limanına eniş edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

XİN-in "Twitter" sosial şəbəkəsində mikrobloqunda bildirilir ki, İl-76 təyyarəsinin Nepaldan təxliyə etdiyi Ukrayna (76) və bir neçə xarici ölkə vətəndaşları (11) Bakı hava limanındadırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti