...

Dəmiryolçular Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 6 May 2015 15:08 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Dəmiryolçular Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov açıb. O, bildirdi ki, bu günlərdə ölkənin hər yerində, o cümlədən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin xətt boyu yerləşən idarə, təşkilat və müəssisələrində ulu öndər, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilir.

Ulu öndərin ikinci dəfə siyasi rəhbərliyə qayıdışı ərəfəsində ölkə idarəolunmaz bir həddə çatmışdı. Xatırlayırsınızsa, o vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və o partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən möhtərəm Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Ondan sonra siyasi hadisələrin necə cərəyan etdiyini, Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsini hamımız yaxşı bilirik. Çünki biz bu yaxın keçmişimizin canlı şahidləriyik.

Ulu öndərin yenidən ölkənin siyasi rəhbərliyinə qayıtdığı gün -15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.

Sonra YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması üçün göstərdiyi titanik fəaliyyətindən danışıb.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti