...

Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı layihə hökumətə təqdim olunub

Cəmiyyət Materials 6 May 2015 15:57 (UTC +04:00)
Dünya Bankı və Təhsil Nazirliyinin Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı birgə hazırladığı layihə hökumətə təqdim olunub.
Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı layihə hökumətə təqdim olunub

Azərbaycan, Bakı, 6 may /Trend/

Dünya Bankı və Təhsil Nazirliyinin Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı birgə hazırladığı layihə hökumətə təqdim olunub. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, hazırda müxtəlif qurumlarda layihənin razılaşdırılması prosesi aparılır.

M.Cabbarov bildirib ki, bu il ərzində Təhsil Nazirliyi tərəfindən ölkədə onlarla təhsil müəssisəsinin tikilməsi və istismara verilməsi nəzərdə tutulur: "İlin əvvəllərində bir neçə kənd məktəbinin tikintisi başa çatdırılıb və istismara verilib. Analoji şəkildə müvafiq icra strukturları tərəfindən də aidiyyəti üzrə işlər həyata keçirilir. Ona görə də bütün işlərin planlaşdırılmış şəkildə sürətlə davam etdirilməsi nəzərdə tutulub".

O deyib ki, bu tədris ili ərzində 32 təhsil müəssisəsi əsaslı təmir edilib, yaxud tikilib: "Bunların əksəriyyəti məktəblərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti