...

ARDNF gənclərin xaricdə təhsil almasına nə qədər vəsait ayırıb?

Cəmiyyət Materials 9 May 2015 03:45 (UTC +04:00)
2015-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-ci ildən təqribən 123,99 milyon manat ayrılıb.
ARDNF gənclərin xaricdə təhsil almasına nə qədər vəsait ayırıb?

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Maksim Tsurkov/

2015-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-ci ildən təqribən 123,99 milyon manat ayrılıb.

Trend-in ARDNF-yə istinadən verdiyi məlumata görə, Fond tərəfindən gənclərin xaricdə təhsil almasına ayrılmış vəsaitlərin ümumi həcminin 52,9 faizi qeyd edilən dövrdə tələbələrin ümumi yataqxanalarda və s. qalmasına, 41,3 faizi təhsil haqqına, 3,3 faizi yol xərclərinə, 1 faizi tibbi sığortaya, 1,2 faizi digər xərclərə, 0,3 faizi isə viza və qeydiyyata xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti