...

Azərbaycanda məcburi köçkünlərə müavinətlərin təyin edilməsi proseduru sadələşdirildi

Cəmiyyət Materials 7 May 2015 17:38 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaratdığı informasiya sistemi sayəsində məcburi köçkünlər üçün güzəşt və müavinətlərin təyin edilməsi asanlaşacaq.
Azərbaycanda məcburi köçkünlərə müavinətlərin təyin edilməsi proseduru sadələşdirildi

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Hüseyn Vəliyev/

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaratdığı informasiya sistemi sayəsində məcburi köçkünlər üçün güzəşt və müavinətlərin təyin edilməsi asanlaşacaq. Trend-in məlumatına görə, bunu brifinqdə Dövlət Komitəsinin baş məsləhətçisi Mahir Dadaşov deyib.

Onun sözlərinə görə, sistem Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə birgə yaradılıb və E-gov.az portalına inteqrasiya edilib.

M.Dadaşov qeyd edib ki, informasiya sistemi məcburi köçkünlərin adbaad hazırlanmış siyahısından ibarətdir: "Bu amil idarəetmə prosedurunu sadələşdirir və daha əvvəl buraxılmış bir çox səhvi aradan qaldırmağa imkan verir. Komitə Ermənistanın işğalı altında olan rayonların icra başçılarına sistemə əlavə dəyişikliklər edilməsi üçün icazə vermək səlahiyyətinə malikdir".

MHM-in direktoru Nail Mərdanov bildirib ki, Dövlət Komitəsi məcburi köçkün statusunu təsdiq edən proseduru sadələşdirməyə imkan verən informasiya sistemini işə salıb: "Ümid edirik ki, digər dövlət strukturları da öz informasiya sistemlərinin yaradılması üzrə analoji addımlar atacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti