...

Baş prokuror vətəndaşları onlayn qəbul edəcək

Cəmiyyət Materials 7 May 2015 17:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcəkdir.
Baş prokuror vətəndaşları onlayn qəbul edəcək

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə qayğı ilə yanaşılması, ərizə və şikayətlərə tam, hərtərəfli və obyektiv baxılması işinin daha da təkmilləşdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti