...

FHN-in Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2015 18:46 (UTC +04:00)
7 may 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev məktəbinin Lektoriyası” çərçivəsində toplantı keçirilmişdir.
FHN-in Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

7 may 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Heydər Əliyev məktəbinin Lektoriyası" çərçivəsində toplantı keçirilmişdir.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar.

Toplantıda çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Pənah Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirmişdir ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynamışdır. Dövlətimizin gücləndirilməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının ulu öndərin adı ilə bağlı olduğunu söyləyən Akademiya rəisi Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırmışdır.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan tarixinin bir qərinəsinin dünya şöhrətli dövlət xadimi, siyasət patriarxı Heydər Əliyevin idarəçilik illəri ilə bağlı olduğunu vurğulayaraq qeyd etmişdir ki, ulu öndər həyatını təhlükə altında qoyaraq xalqın israrlı tələblərinə səs vermiş və onun ən ağır vaxtlarında köməyinə çatmışdır. Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ulu öndərin mütərəqqi siyasətinin mahir davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyi sayəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti