...

Aprel ayında ƏƏSMN-nin e-xidmətlərindən 212500 dəfədən çox istifadə qeydə alınıb

Cəmiyyət Materials 8 May 2015 10:50 (UTC +04:00)
Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərindən 212500 dəfədən çox istifadə qeydə alınıb.
Aprel ayında ƏƏSMN-nin e-xidmətlərindən 212500 dəfədən çox istifadə qeydə alınıb

Azərbaycan, Bakı, 8 may /Trend/

Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərindən 212500 dəfədən çox istifadə qeydə alınıb.

Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə sayı 151020 ədəd təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 44581 dəfə, "İş yerinə dair arayış" e-xidmətindən 14018 dəfə istifadə olunub. Hər üç e-xidmət son bir ayda da əhalinin "Elektron hökumət" portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.

"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib. Bu sistem "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərinin də yaranmasını şərtləndirib.

Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 212512 dəfə yararlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti