...

Cəbhə xəttində gərginlik davam edir: atəşkəs 62 dəfə pozuldu

Cəmiyyət Materials 9 May 2015 09:34 (UTC +04:00)
Erməni silahlı bölmələri ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.
Cəbhə xəttində gərginlik davam edir: atəşkəs 62 dəfə pozuldu

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İlhamə İsabalayeva/

Erməni silahlı bölmələri ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.

Trend Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti