...

Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsi geniş tədbirlərlə yad edilib (FOTO)

Cəmiyyət Materials 9 May 2015 21:32 (UTC +04:00)
Bu günlər ölkəmizdə və onun hü­dud­larından kənarda Azərbay­canın gör­kəmli dövlət xadimi Heydər Əliye­vin anadan olmasının 92-ci ildö­nü­mü ge­niş miqyasda qeyd edilir.
Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsi geniş tədbirlərlə yad edilib (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Bu günlər ölkəmizdə və onun hü­dud­larından kənarda Azərbay­canın gör­kəmli dövlət xadimi Heydər Əliye­vin anadan olmasının 92-ci ildö­nü­mü ge­niş miqyasda qeyd edilir. Respubli­ka­mızın ictimaiyyətilə birlikdə Döv­lət Göm­rük Komitəsinin orqan və təşki­lat­larında da bu əlamətdar ha­disə qeyd olunur.

Öz növbəsində, Dövlət Gömrük Komitə­si­nin Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi geniş tədbirlərlə yad edil­miş­dir. Belə ki, dahi rəhbərin göm­rük xidmə­ti­nin yaradılmasında, müasirləş­di­rilməsində, onun maddi-texniki bazasının ge­nişləndiril­mə­sində və ümumiyyətlə, gömrük sisteminin inkişa­fın­dakı rolu ilə bağlı Akade­miyanın tə­ləbə və müdavimləri, eləcə də şəx­si heyəti qar­şısında mühazirələr təşkil olun­muşdur. Mühazirələrin təşkilində Akademi­ya­nın əməkdaşları ilə ya­naşı, respublikanın ali elm və təhsil ocaqları­nın lektorları da ya­xından iştirak etmişdir.

Bundan əlavə, Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevə həsr edilmiş möv­cud guşə təzə eksponatlarla zənginləşdiril­miş­­dir. Bu ali təhsil müəssisəsinin kitabxana­sın­dakı dərslik, o cümlədən Heydər Əliyevlə bağ­lı kitab, broşüra və digər çap məhsulları­nın siyahısı və kartotekası yeniləşdirilmiş, la­zı­mi qaydaya salınmışdır. Akademiyada təd­ris prosesində mütəmadi olaraq "Heydər Əli­yev müasir Azərbaycan gömrüyünün bani­sidir" mövzusunda açıq və interaktiv dərslər təşkil edilmişdir. Həmin dərslərin aparılma­sına Döv­lət Gömrük Komitəsinin müvafiq idarə və şöbələrinin aparıcı mütəxəssisləri də cəlb edilmişdir.

Akademiyanın həyətyanı sahəsində tələbə, müdavim və şəxsi heyət tərəfindən kütləvi iməclik işləri aparılmışdır. Bu­rada 150 ədədə yaxın ağac və gül kolları əkilmiş, 300-ə ya­xın ağaca aqrotexniki qulluq göstə­rilmişdir. Aka­demiyanın həyə­tində və inzibati binasın­da da təmizlik-abadlıq işləri aparıl­mışdır.

Akademiyanın kollektivi Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Heydər Əliyevin hə­yat və yaradıcılığından bəhs edən ekspo­nat­lar­la yaxından tanış olmuşdur. Tələbə öz­fəaliy­yət kollektivi isə Təhsil Nazirliyi və Azərbay­can Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçir­dik­ləri Heydər Əli­yevin anadan olmasının 92-ci il­dönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalın­da fəal iş­tirak edə­rək final mərhələsinə yüksəlmiş və yekun konsertdə iştirak etmiş­dir.

Heydər Əliyevin doğum gününə həsr edil­miş idman yarışlarında da Gömrük Akade­mi­­ya­sının kollektivi fəal iştirak etmişdir. Aka­de­miyada keçirilmiş dama, şahmat və stolüstü tennis yarışlarının qaliblərinə fərq­lənmə dip­lomları təqdim olunmuşdur.

Nəhayət, yekun tədbir olaraq Gömrük Akademiyasında təntənəli yığıncaq keçirilmiş, tələbə və müdavimlər ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına dair məruzələrlə çıxış etmişlər. Yığıncağın bədii hissəsində isə tələbələr musiqi nöm­rələri ilə çıxış etmişlər. Sonra bir qrup tələbə və müda­vimlərə fəxri diplomlar təqdim olunmuşdur. Tədbir ümummilli liderin həyat və fəaliyyə­tindən bəhs edən filmin nümayişi ilə başa çat­mışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti