...

İyunun 5-dən qatarla Sumqayıtdan Bakıya 40 dəqiqəyə çatmaq mümkün olacaq

Cəmiyyət Materials 10 May 2015 11:04 (UTC +04:00)
Bakıdan Sumqayıta və əks istiqamətə 40 dəqiqəyə gediş və gəlişi təmin edəcək baş dəmiryollarında əsaslı təmir işləri iyunun 5-də başa çatacaq.
İyunun 5-dən qatarla Sumqayıtdan Bakıya 40 dəqiqəyə çatmaq mümkün olacaq

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Hüseyn Vəliyev/

Bakıdan Sumqayıta və əks istiqamətə 40 dəqiqəyə gediş və gəlişi təmin edəcək baş dəmiryollarında əsaslı təmir işləri iyunun 5-də başa çatacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, Sumqayıt və Bakı arasında istifadəyə buraxılacaq qatarlarda yeni vaqonlardan istifadə olunacaq: "Bu vaqonlarda kondisioner, internet şəbəkəsi də olacaq. İnsanların rahatlığını nəzərə almağa çalışırıq".

QSC sədri deyib ki, hazırda təmir işləri davam etdirilir: "Sumqayıtdan Bakıya və əks istiqamətə avtomobil yolundan gün ərzində 110 min avtomobil, təxminən 200 min insan istifadə edir. Sumqayıtdan Bakıya ali məktəblərə çoxlu sayda tələbə gəlir. Eyni zamanda, Sumqayıtdakı zavodlarda Bakıdan çoxlu sayda insan çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti