...

Bakı qarnizonu hərbi hissələrində yaşıllaşdırma və ağacəkmə kampaniyası (FOTO)

Cəmiyyət Materials 10 May 2015 19:23 (UTC +04:00)
Bakı qarnizonu hərbi hissələrində yaşıllaşdırma və ağacəkmə tədbirləri keçirilib.
Bakı qarnizonu hərbi hissələrində yaşıllaşdırma və ağacəkmə kampaniyası (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Bakı qarnizonu hərbi hissələrində yaşıllaşdırma və ağacəkmə tədbirləri keçirilib.

Müdafiə Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı qarnizonu hərbi hissələrində yaşıllaşdırma və ağacəkmə kampaniyası keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi heyət yaşıllıqlara qulluq göstərib, müxtəlif növ ağac və gül kolları əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti