...

Azərbaycan nümayəndə heyəti Sloveniyada faşizm üzərində qələbəni qeyd edib (FOTO)

Cəmiyyət Materials 12 May 2015 13:22 (UTC +04:00)
Sloveniyanın Nova-Qoritsa və Şempos şəhərlərində II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə tədbirlər keçirilib.
Azərbaycan nümayəndə heyəti Sloveniyada faşizm üzərində qələbəni qeyd edib (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

İkinci Dünya müharibəsinin başa çatması və Sloveniyanın alman faşizmindən azad edilməsinin 70 illik yubileyi münasibətilə Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyi tərəfindən silsilə tədbirlər keçirilib. Trend-in məlumatına görə, may ayının 9-da Sloveniyanın Şempas qəsəbəsində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadə - Mixaylo haqqında bu ölkəyə gələn turistlər üçün üç dildə geniş məlumat lövhəsinin açılışı olub. Tədbirdə iştirak edən Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Oğuz şəhər İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbayacan Sloveniya parlamentlərarası dostluq qrupunun sədri Miryan Klanşeck və Sloveniya parlamentinin sosial məsələr komitəsinin sədri Tomaş Xorvat, Nova Qoriça şəhərinin Meri Matey Arçon, Sloveniyada akkreditə olmuş diplomatik korpusların rəhbərləri, Sloveniya ictimaiyyətinin tanınmış şəxsləri və keçmiş partızanalar ilk öncə Mehdi Hüseynzadənin abidəsini ziyarət edərək əfsanəvi qəhrəmanın qəbrüstü memarial kompleksinin üzərinə əklil və tər çiçəklər qoyublar.

Qəhrəman Azərbaycan öğlunun xatirəsinə dərin hörmət və ehtiramlarını bildirərək Mehdi Hüseynazadə haqqında informasiyanı özündə əks etdirən məlumat lövhəsinin açılışini ediblər, tədbir iştirkaçıları sonra Mehdi Hüseynzadənin adını daşıyan muzeylə tanış olublar. Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndıliyinin rəhbəri Azər Xudeyev Qəhrəmana məxsus şəxsi əşyalarından ibarət yeni eksponatları muzey rəhbərliyinə təqdim edib.

Novbəti Tədbir Sloveniya Xalqı üçün müqəddəs simvol yeri olan Novo Qoriça şəhərinin Ternovo memorial abidə parkında baş tutub. Tədbir iştirkaçıları öncə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dəstəyi ilə ikinci dünya müharibəsi zamanı Yuqaslaviya azadlıq hərəkatı tərkibində döyüşərək qəhrəmancasına həlak olmuş Azərbaycanlı zabit və əsgərlərin əziz xatirələrinə inşa olunmuş Abidənin açılışında iştirak ediblər. Tədbirdə səfir Qalib İsrafilov, və Nova Qorica şəhərinin Meri çıxış edərək 2-ci dünya müharibəsi zamanı Azərbaycanın on minlərlə oğul və qızlarının alman faşizminə qarşı döyüşərək əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini bildiriblər. Bu baxımdan keçmiş Yuqaslaviyanın azadlığı uğrunda canını fəda etmiş əfsanəvi partizan və sovet ittifaqı qəhramanı Mehdi Hüseynzadənın keçdiyi rəşadərtli döyüş yolu haqqında ətraflı məlumat veriblər. Sonra Nova Qoriça şəhərində yerləşən Perla hotelində Sloveniyadakı dplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Sloveniyanın rəsmi nümayəndələri ,Oğuz şəhər İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov , Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın Avstriyadakı hərbi attaşesi polkovnik Kamil Quliyev 2-ci dünya müharibəsinin qəhrəmanlıq səlnaməsinə əbədi imza atmış Mehdi Hüseyinzadənin və Sloveniyanın azadləğı uğrunda canlarından keçən Azərbaycanlı döyüşçülərin indiki və gələcək nəsillərə örnək göstərildiyini vurğulayıblar. Tədbirdə Azərbaycan Səfirliyinə Müharibə veteranlarına göstərdiyi dəstəyə və xidmətlərə görə Sloveniya veteranlar birliyi tərəfindən medal və təşəkkürnamə təqdim olunub. Sonra qonaqlara Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib və rejissor Tahir Əliyevin lentə aldığı qısametrajlı "IX batalyon" filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti