...

Volqoqradda Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirildi (FOTO)

Cəmiyyət Materials 13 May 2015 12:24 (UTC +04:00)
Volqoqradda Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı dostluq parkında təntənəli tədbir keçirildi.
Volqoqradda Ulu Öndərin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirildi (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Volqoqradda Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı dostluq parkında təntənəli tədbir keçirildi.

Trend xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin borelyefi önünə gül dəstələri düzdülər, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbirin aparıcısı ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verdi. Bildirildi ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. Çıxış edən veteranlar görkəmli dövlət xadiminin veteranlara göstərdiyi diqqəti qeyd etdilər.

Volqoqrad şəhər merinin birinci müavini Vladimir Kalesnikov ümummilli liderin xalqı və dövləti naminə gördüyü işlərdən danışdı. Bildirdi ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında dostluq əbədi olub. Şəhər rəsmisi Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd etdi. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevaya gənc nəslin təhsili və tərbiyəsində, mənəvi dəyərlərin formalaşdırılması, uşaq və yeniyetmələrin sağlam həyat tərzi sahəsində layihələrin həyata keçirilməsində məhsuldar əməkdaşlığa görə ünvanlanan təşəkkür məktubunu oxudu.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov Ulu Öndərin anadan olmasının 92-ci ildönümü və qələbənin əldə edilməsinin 70 illik münasibəti ilə təbriklərini çatdırdı. Azərbaycanlıların qələbənin əldə olunmasında rolundan danışdı.

Heydər Əliyev harda olubsa orda qələbə olub- bu sözləri isə Kalmıkya-Volqoqrad ictimai birliyinin təşkilatının idarə heyətinin sədri Genadi Qışlyov söylədi. Qeyd etdi ki, ulu öndər xalqlar arasındakı dostluq və sevginin nümunəsidir, Volqoqradla Azərbaycan arasında dostluğun möhkəmlənməsində ümummilli liderin mühüm xidmətləri var.

Digər çıxış edənlərdə qeyd etdilər ki, Rusiyanın hər yerində olduğu kimi Volqoqradda da ulu öndərin xatirəsinə dərin hörmət var.

Sonda ulu öndər haqqında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı. Tədbir maraqlı konsert proqramı ilə davam etdi. Volqoqradın çoxmilli kollektivlərinin bir-birindən maraqlı ifaları, rəqslər, ümumilli liderə həsr olunan mahnılar, idmançıların çıxışları böyük maraqla qarşılandı.

Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla davam etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti