...

İşçilərə gecikmiş sosial ödənişlərin ödənilməsi təmin edilib

Cəmiyyət Materials 14 May 2015 11:39 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) son bir ayda işəgötürənlər tərəfindən 273 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.
İşçilərə gecikmiş sosial ödənişlərin ödənilməsi təmin edilib

Azərbaycan, Bakı, 14 may /Trend/

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) son bir ayda işəgötürənlər tərəfindən 273 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsi sahəsində nəzarət tədbirlərini gücləndirir.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin aprel ayında Xidmətin həyata keçirdiyi məqsədyönlü tədbirlər zamanı işəgötürənlər tərəfindən ümumilikdə 273107 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 dəfə çoxdur.

Həmin məbləğin 272536 manatı (99,7 faiz) əmək haqlarından, qalanı isə zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarının əsasən sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti